Yuxarı

"Qarabağ"ın təsisçiləri arasında dəyişiklik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 oktyabr 2022-ci il tarixdə saat 15:00-da, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 134.) “Qarabağ” Futbol Klubu MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Axar.az xəbər verir ki, iştirakçıların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə olunacaq:

1. Qarabağ Futbol Klubu MMC-də təsisçi dəyişikliyi ilə bağlı cəmiyyətin nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi;

2. “Qarabağ” Futbol Klubu MMC-nin nizamnaməsinin altıncı redaksiyada təsdiq edilməsi;

3. “Qarabağ” Futbol Klubu MMC-nin dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər.

Qeyd edək ki, iyunun 29-da “Qarabağ” Futbol Klubu MMC-nin təsisçilərindən Sənan Nadirov payını satışa çıxarmışdı. Sənan Nadirov cəmiyyətin ilk təsisçilərindən olan mərhum Adil Nadirovun oğludur. Adil Nadirovun vəfatından sonra ona məxsus olan Qarabağ Futbol Klubu MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib. Qeyd olunan paylar açıq satışa çıxarılmaqla, 300 min manat qiymətinə təklif olunurdu.

Qarabağ Futbol Klubu MMC-nin təsisçisi Sənan Nadirov ona aid payların satışa çıxarılması səbəbini özünün ağır maddi vəziyyəti ilə əlaqələndirmişdi.

Satışa çıxarılan paylar ilə bağlı öncə “Qarabağ” Futbol Klubunun digər təsisçilərinə təklif göndərilsə də, həmin iştirakçı payları almaqdan imtina etmişdir.

Tarix
2022.09.23 / 16:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla