Yuxarı

Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır

"Qarabağ" 8 ildir avrokubokların qrupunda mübarizə aparır, çox güclü komandadır.

Axar.az-ın məlumatına görə, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a iki oyunun nəticəsinə (1:1, 1:3) əsasən uduzaraq, mübarizəni dayandırmaları barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis Azərbaycan çempionunun gücünə əvvəldən bələd olduqlarını bildirib:

"Ötən mövsüm Konfrans Liqasında pley-offa çıxmaları, bu il isə İsveçrə "Sürix"ini məğlub etmələri təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir".

59 yaşlı baş məşqçi Budapeştdəki cavab matçına yaxşı başlamadıqlarını etiraf edib:

"Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. Rəqib əks hücumlarda əla oynayır. Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran hücumçusu (İbrahima Vadjini nəzərdə tutur - E.S) Fransa klubuna keçdi. Düzdür, 2 aparıcı mərkəz müdafiəçimiz həmin oyunda iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı və səhvlərimizdən istifadə edib mərhələni keçdi".

Tarix
2022.09.29 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla