Yuxarı

"Qarabağ" daha çox qol vura bilərdi - Regekampf

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim üçün bir az üzücü oldu. İlk hissədə çox yaxşı oyun sərgilədik, qol vurduq və hesabı artırmaq üçün 2-3 real şansımız da var idi.

Axar.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a səfərdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis son saniyələrədək mübarizə aparmalı olduqlarını bildirib: "Oyunçular dərk etməlidirlər ki, futbol 90 dəqiqə oynanılır. İkinci yarıda sadə səhvlərlə rəqibin işini asanlaşdırdıq. Bu, "Qarabağ"a qarşı ilk matç idi. Onları təbrik edirəm. Növbəti qarşılaşmada daha güclü olacağıq".

Rumıniyalı baş məşqçi görüşü analiz edəcəklərini söyləyib: "Qarabağ" daha çox qol vura bilərdi. Qapımızda gördüyümüz ilk qolda pressinqdən çıxdılar və hücuma keçib fərqləndilər. Yəni, çox asan qol alındı".

Regekampf Salomon Kverkveliyanın start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "O, Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi. Çempionatdakı fasilədə Mamadu Mboc üzərində çox yaxşı çalışdı. Həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim".

Mütəxəssis hücumdan müdafiəyə tez qayıtmadıqlarını sözlərinə əlavə edib: "Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu qol epizodları yarandı. Oyunçular və komandam haqqında danışmaq istəmirəm. Bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını etməyə cəhd göstərir. Bütün futbolçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik. İlk dəqiqələrdən futbol oynamağa, müdafiədə oturmamağa çalışdıq. Bəzi qol imkanlarını da qaçırdıq. Birinci hissədə rəqibin də epizodları oldu. Onların geniş heyəti və yaxşı oyunçuları var. Komandamın baxımlı futbol sərgiləməsini xoşlayıram. Məncə, bu qarşılaşmanı özümüzə dərs kimi götürməliyik. Dərk etməliyik ki, matç 90 dəqiqə davam edir".

Tarix
2022.10.01 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlətlərarası Şuranın ikinci iclası başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla