Yuxarı

Byazi eksperiment aparır, əziyyəti biz çəkirik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Byazi eksperiment aparır, əziyyəti biz çəkirik

Matçdan sonra De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev İctimai TV-də yayımlanan "Bol idman" verilişində yığmanın baş məşqçisi Canni De Byazi ilə aralarındakı gərginlik barədə danışarkən deyib.

33 yaşlı müdafiəçi bildirib ki, italiyalı mütəxəssis həftəboyu bir taktika ilə işləyib, oyuna 1-2 gün qalmış sistemi dəyişir: "Oyunçular bilmir, kim hara qaçsın. Ona görə aramızda xoşagəlməz söhbət oldu".

66 yaşlı baş məşqçinin Qara Qarayevi yığmaya dəvət etməməsinə də toxunan Medvedevin sözlərinə görə, hər kəsin öz həqiqəti var: "Fikrimcə, onun çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?"

Təcrübəli futbolçu milli komandanın sükanı arxasına öz namizədini də açıqlayıb: "Ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. Sadıqov da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, necə olacaq".

Tarix
2022.10.03 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla