Yuxarı

Boksçumuz Avropa çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.

Axar.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.

Olqa Filipçuk (Ukrayna) və Gül Yılmaza (Türkiyə) qalib gələn E.Rzayeva finalda polşalı Yoanna Araszevska ilə qarşılaşıb. Təmsilçimiz döyüşdə 5:0 hesabı ilə qalib gəlib. Qələbə qazanan boksçumuz Avropa birinciliyinin qızıl medalına yiyələnib.

Əvvəlki mərhələlərdə ardıcıl olaraq Mahur Marikyan (Ermənistan) və Silva Formelaya (Polşa) qalib gələn Nərmin Əlizadə (48 kq) isə finalda ingiltərəli Rubi Vaytla üz-üzə gəlib. Həlledici görüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.

Nəticədə qız boksçulardan ibarət yığma komandamız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bir gün əvvəl isə Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.

Beləliklə, 3 medal qazanan komanda Azərbaycan boks tarixdə yeni rekorda imza atıb.

Qeyd edək ki, Avropa birinciliyində daha 2 oğlan boksçumuz final döyüşünə çıxacaq.

Tarix
2022.10.04 / 21:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla