
Zelenski: Vəziyyət ağırdır, hər şey edirik ki...
01:26
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Futbol üzrə Türkiyə milli komandasının 2024-cü il Avropa çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunda gələn ilin martında Ermənistan və Xorvatiyaya qarşı keçirəcəyi oyunların məkanları müəyyənləşib.
Axar.az xəbər verir ki, ay-ulduzlu komanda AVRO-2024-ün seçmə mərhələsində ilk oyununda martın 25-i şənbə günü paytaxt İrəvanda Ermənistanla qarşılaşacaq. Respublika stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Millilər D qrupunda ikinci matçında 28 mart çərşənbə axşamı Bursada Xorvatiyanı qəbul edəcək. Bursa Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək qarşılaşmanın başlama saatı 22:45 olaraq müəyyənləşib.
Tarix
2022.12.06 / 22:47
|
Müəllif
Axar.az
|