Yuxarı

Portuqaliya İsveçrəni darmadağın etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Portuqaliya İsveçrəni darmadağın etdi

2022.12.06 - 22:31

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Portuqaliya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

Axar.az-ın məlumatına görə, Pireney təmsilçisinin baş məşqçisi Fernandu Santuş komandanın lideri olan Kristiano Ronaldonu ehtiyatda saxlayıb.

Beləliklə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Vilyam Karvalyu, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

***

Qonsalu Ramuş 17-ci dəqiqədə Portuqaliyanı hesabda önə keçirdi: 1-0.

***

Pepe 33-cü dəqiqədə hesabı 2-0 etdi.

***

Ramuş 51-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atdı: 3-0.

***

Gerreyru 55-ci dəqiqədə dördüncü qolu vurdu: 4-0.

***

Akanji 58-ci dəqiqədə İsveçrənin qolunu vurdu: 4-1.

***

Ramuş 67-ci dəqiqədə hesabı 5-1 etməklə het-trikə imza atdı.

***

Leao görüşün əsas vaxtına əlavə edilmiş ikinci dəqiqədə fərqini 5-ə çatdırdı: 6-1.

***

Portuqaliya 6-1 qalib gələrək 1/4 finala yüksəldi. Bu mərhələdə rəqib Mərakeş yığmasıdır.

Tarix
2022.12.07 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla