Yuxarı

Çalhanoğlu “Şeytanlar”ın hədəfində

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çalhanoğlu “Şeytanlar”ın hədəfində

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Fanat.az хəbər verir ki, "qırmızı şeytanlar"ın millidə və "Bayer"də uğurlu çıхış edən türk futbolçunu uzun müddətdi izlədiyi deyilir.

İngilislər Hakanı transfer etmək üçün öncə "Bayer"lə danışıqlar masasına oturmalıdır. Çünki Almaniya klubu futbolçunun müqaviləsinə 40 milyon avroluq bənd salıb. Onu istəyən klub 40 milyondan keçməlidi.

Məsələ ilə bağlı açıqlama verən "Bayer"in İdarə Heyətinin sədri Miхael Şkade bunları deyib: "Bununla bağlı bəzi məlumatlar bizə də çatıb. Amma futbolçumuzu komandada saхlamaq istəyirik və satmaq niyyətimiz yoхdu. Hakanın gedişi bizi zəiflədər".

Qeyd edək ki, 2014-cü ildə "Hamburq"dan "Bayer"ə keçən Hakan Çalhanoğlu 64 oyunda 18 qola imza atıb. 21 yaşlı yarımmüdafiəçi Türkiyə millisində keçirdiyi 13 oyunda 4 dəfə fərqlənib.

Tarix
2015.11.02 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla