Yuxarı

Mxitaryan: “Qəbələ”yə uğur arzulayıram”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya" (Dortmund) klubunun erməni hücumçusu Henrik Mxitaryan Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.

Axar.az xəbər verir ki, erməni futbolçu "Qəbələ" ilə matçın çətin keçdiyini etiraf edib:

"Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm. "Qəbələ" pis komanda deyil. Yaxşı mübarizə apardılar. "Qəbələ"nin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. "Qəbələ"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Bakıya gəlmək istədiyini deyən erməni forvard təhlükəsizlik məsələlərinə görə son anda qərarını dəyişdiyini deyib:

"Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buna görə də yekun qərar oldu ki, Bakıya getməyim. Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm. Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu hal Bundesliqada olur. Ermənilər həmişə "Borussiya"nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünkü oyun üçün də gələnlər var idi. Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. "Qəbələ"yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Təbii ki, qol vurmaq hər zaman xoşdur".

Tarix
2015.11.06 / 10:38
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla