Yuxarı

“Qarabağ” Şahruddini onunla əvəz etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” Şahruddini onunla əvəz etdi

“Qarabağ” ağır zədə alan Şahruddin Məhəmmədəliyevin əvəzinə qapıçı tapıb.

Axar.az Sports.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubunda çıxış edən Andrey Lunyovu mövsümün sonunacan icarəyə götürmək üçün məxsus olduğu kluba rəsmi təklif göndərib.

Rusiya yığmasında 7 oyun keçirmiş tanınmış qolkiper karyerasına Moskva “Torpedo”sunda başlayıb. Təcrübəli qapıçı Sankt-Peterburq “Zenit”indəki çıxışı ilə Rusiya hüdudlarından kənarda da məşhurlaşıb. O, 3 dəfə Rusiya çempionu olub, 1 dəfə bu ölkənin kubokunu qazanıb.

2021-ci ildə Leverkuzen təmsilçisinə keçən Lunyov ötən mövsüm bu klubun heyətində Bundesliqanın bürünc medalını qazanıb.

Mövsümün əvvəli Bundesliqada “Auqsburq”la oyunda 90 dəqiqə meydanda olan təcrübəli qapıçı daha sonra zədə səbəbindən “Bayer 04”ün əsas heyətindəki yerini itirib.

Lunyovun leverkuzenlilərlə müqaviləsi bu mövsümün sonu bitir.

“Qarabağ” tanınmış qolkiperi anlaşması bitənəcən Almaniya klubundan icarəyə götürmək üçün “Bayer 04”ə rəsmi təklif göndərib.

Tarix
2023.01.24 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla