Yuxarı

Oyun günü dedilər ki, "Qarabağ"a transfer oldun - Cica

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqolli ilə dünən danışdım. Məni təbrik etdi və bəzi məsləhətlər verdi.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Redon Cica "Panoramasport"a açıqlamasında deyib.

25 yaşlı futbolçu bildirib ki, Ağdam klubuna transfer olunduqdan sonra "köhlən atlar"ın sabiq müdafiəçisi Ansi Aqolli onunla əlaqə saxlayıb:

"Söhbətimiz çox da uzun çəkmədi. "Qarabağ"ın tarixi ilə qısaca maraqlandım. Gördüyüm qədərilə, Aqolli burada əfsanə idi".

Bakıya dünən gəldiyini söyləyən albaniyalı hücumçu yavaş-yavaş şəhərə alışdığını gizlətməyib:

"Hələlik hər şey yaxşı görünür. Düşünürəm ki, adaptasiya prosesi çox tez keçəcək. Açığı, bu transfer baş tutana qədər heç nə bilmirdim. Oyun günü mənə dedilər ki, hər şey bitdi".

Qeyd edək ki, Redon Cica "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.

Tarix
2023.01.25 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla