Yuxarı

Azərbaycan poloçuları dünya kuboku qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan poloçuları dünya kuboku qazandı

Azərbaycan poloçuları İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə dünya kubokunu qazanıb.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Yanvarın 26-da start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.

Bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş komandamız turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası ilə üz-üzə gəlib.

Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı heç-heçə tamamlanıb, əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, bununla da Azərbaycan poloçuları artıq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun qazanır.

Tarix
2023.01.30 / 11:27
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla