Yuxarı

Bıçaqlanan "Kəpəz" azarkeşinin son durumu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XX tur oyununun fasiləsində insident zamanı bıçaqlanan "Kəpəz" komandasının azarkeşi Rahib Ələsgərovun son durumu açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Kəpəz” klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1 saylı Şəhər Klinik Xəstəxanada əməliyyat olunan fanatın vəziyyəti normaldır. O, reanimasiyadan adi palataya köçürülüb. Qarşıdakı günlərdə evə buraxılacaq.

"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, eyni zamanda millət vəkili Müşfiq Cəfərov Ələsgərovu ziyarət ediblər. Azarkeşin vəziyyəti ilə maraqlanan klub rəhbərliyi ona şəfa diləyib, tezliklə tribunaya dönməsini arzulayıb.

Tarix
2023.02.01 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

Kəndlərin verilməsi 9 noyabr bəyanatında var idi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla