Yuxarı

“Qalatasaray”a qarşı bunun üçün oynayacağıq - Qarayev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qalatasaray”a qarşı bunun üçün oynayacağıq - Qarayev

“Qalatasaray”ı qonaq etmək həm “Qarabağ”, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər iki komandaya dəstək lazımdır. Sabah keçiriləcək matçın bütün azarkeşlərin zövqünü oxşayacağına inanıram. Hər kəsi oyuna dəvət edirəm.

Axar.az xəbər verir ki, bu sözləri “Qalatasaray” ilə Bakıda xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın futbolçusu Qara Qarayev matçdan əvvəl təşkil olunmuş brifinqdə deyib.

Müdafiəçi bildirib ki, Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Oyunun mahiyyətini hər kəs bilir. Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Xüsusi qeyd etməli bir şey yoxdur.

“Əksər oyunçularımız milli komandaların düşərgəsindədir. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiyənin ən yaxşı komandası olan “Qalatasaray”a qarşı “Qarabağ”ın adı üçün oynayacağıq. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq”, - deyə Q.Qarayev əlavə edib.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə göndəriləcək.

Tarix
2023.03.25 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla