Yuxarı

Azərbaycanda oynamış futbolçu narkobaron imiş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda oynamış futbolçu narkobaron imiş

“Bakı”nın sabiq legioneri Serxio Kontreras Pardo yenidən həbs olunub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstə yaratmaqda ittiham edilir.

“Koke” ləqəbi ilə tanınan oyunçunun 16 il müddətinə azadlıqdan məhrum olunacağı gözlənilir.

İş üzrə məhkəmə bu gün Malaqada başlayacaq. Yerli prokurorlar sabiq forvardın dəstəyə rəhbərlik etdiyini və bütün göstərişləri onun verdiyini düşünür.

“Koke” təqsirli hesab olunsa, əlavə olaraq 150 min avro məbləğində cərimələnə bilər.

Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilmişdi. O, səkkiz ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb.

2012-ci ildə “Bakı”da çıxış etmiş “Koke” 4 il sonra karyerasını başa vurub. O, Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların da formasını geyinib.

Tarix
2023.03.27 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla