Yuxarı

Bu federasiyanın prezidenti istefa verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu federasiyanın prezidenti istefa verdi

Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib.

Qurumdan Axar.az-a verilən məlumata görə, funksioner son bir ildə triatlon idman növünün inkişafi üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görüldüyünü bildirib.

O, bu müddət ərzində müxtəlif formatlı idman yarışlarının keçirildiyini söyləyib: "Triatlonla məşğul olanların sayı dəfələrlə artıb, klublar yaradılıb. Uşaqların bu növə cəlb olunması istiqamətində davamlı iş aparılıb, onlar üçün yarışlar təşkil olunub. Mənim əsas fəaliyyətim innovasiyalarla bağlıdır və hazırda rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir və bununla yanaşı il ərzində mənim silsilə ezamiyyətlərim planlaşdırılıb".

Elçin Əliyev vaxt azlığı ilə bağlı federasiyanın işində əvvəlki həmcdə aktiv iştirak imkanının olmayacağını diqqətə çatdırıb: "Bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm: əsas tərəfdaş Gənclər və İdman Nazirliyi, Bakı Su İdmanı Sarayı, ASAN innovasiya mərkəzi, BCC, PMD, FİNOKO, AQVAVİTA, METAK, Alufar, Nərəkənd. Bununla yanaşı mən triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram və öz təcrübəmlə bundan sonra da bu idman növünün Azərbaycanda inkişafına öz töhfəmi verəcəyəm".

Qeyd edək ki, Elçin Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi.

Tarix
2023.03.28 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla