Yuxarı

Məşhur futbolçunun canlı yayımda vəziyyəti pisləşdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur futbolçunun canlı yayımda vəziyyəti pisləşdi

Argentinanın məşhur futbolçusu Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması - red.) keçirib.

Axar.az xəbər verir ki, sabiq futbolçu verilişin aparıcısı ilə söhbət zamanı anidən özünü narahat hiss edib.

Əlini sinəsinə qoyaraq susan Aquero bir qədər sonra ürək ritmində dəyişiklik yarandığını bildirib.

Həkim müayinəsindən sonra o, səhhətinin qaydasında olduğunu deyib: “Mini aritmiya keçirdim. Belə vəziyyətdə köməyə ehtiyac olub-olmadığını müəyyən edən çip var. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər”.

Qeyd edək ki, Serxio Aquero 2021-ci ilin yayında İspaniya klubu “Barselona”ya keçsə də, cəmi dörd ay sonra ürəyində yaranan problemə görə karyerasını bitirib.

Tarix
2023.03.31 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla