Yuxarı

Məhəmməd Əlini oğlu ilə görüşməyə qoymurlar - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks əfsanəsi Məhəmməd Əlinin oğlu atası ilə görüşə bilməməsindən şikayətlənib.

"Axar.az" xəbər verir ki, boksçunun öz adını daşıyan 41 yaşlı oğlu atasının 4-cü arvadının – analığının onların görüşünə hər dəfə müxtəlif bəhanələrlə mane olduğunu deyib.

Əfsanə boksçunun oğlu yoxsulların yaşadığı məhəllədə məskunlaşıb.

O, analığınının atasıyla telefonla danışmasına belə, izn vermədiyini bildirib:

"Problemləri başlayanda atam tez Lonni ilə evləndi. Bundan sonra artıq biz onu görə bilmədik. Onun öz qardaşını belə görməsi mümkün deyil, səbəbi Lonnidir. Mən atama 72-ci yaş günü zəng etməyə çalışdım. Lakin cavab vermədi. Ona zəng edən zaman arvadı deyir: ya duşdadır, ya terapiyadadır, ya da yatır. O qadın hər cür vasitələrlə bizim görüşümüzə mane olur.

Lonni atamızı əlimizdən aldı. Atam indi məni görmək, mənimlə danışmaq istəmir. Çünki Lonni mənim haqda atama yalan sözlər danışıb.

Atam ağır parkinson xəstəsidir. Onunla bir az vaxt keçirmək istəyirəm, amma qoymurlar".

Qeyd edək ki, Məhəmməd Əlinin 7 qızı, Məhəmməd Əli və Əssəd adlı iki oğlu var. Onun qızı Leyla Əli də atası kimi boksçudur.

Tarix
2014.01.27 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla