Yuxarı

Nar triatlon üzrə “IronWind” açıq turnirinə dəstək olub

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nar triatlon üzrə “IronWind” açıq turnirinə dəstək olub

Nar ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq turnirinə dəstək olub. Pirallahı adasında təşkil olunan triatlon yarışında müxtəlif ölkələri təmsil edən 100-dən çox idmançı iştirak edib.

Üç mərhələdən ibarət olan turnirdə idmançılar əvvəlcə 1.9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə 21.1 kilometr qaçıblar. Kişilər arasında qalib Oleksandr Mordasov olub. Teymur Fərəcov yarışı ikinci, Konstantin Vedmed isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, İnna Anisimova, Rabiyə Oruclu və Natalya Vallek tutublar. Bundan əlavə, turnirdə mübarizə aparan üç paralimpiyaçı da Nar tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və “Triterra” klubunun birgə təşkilatçılığı ilə keçirilib. Turnirin əsas dəstəkçilərindən olan Nar-ın korporativ sosial məsuliyyət (KSM) istiqamətlərindən biri də sağlam həyat tərzinin təşviqidir. Mobil operatorun KSM sahəsində gerçəkləşdirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.

Nar hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2023.06.05 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla