Yuxarı

"Vest Hem" Konfrans Liqasının qalibi oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Vest Hem" Konfrans Liqasının qalibi oldu

2023.06.07 - 09:26

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.

Axar.az xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər.

UEFA Konfrans Liqası

Final

7 iyun

Saat 23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)

Baş hakim: Karlos Del Serro (İspaniya)

Praqa, "Eden Arena"

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

***

İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klublarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Fiorentina": 1. Pyetro Terraççano, 2. Dodo, 3. Kristiano Biragi, 4. Nikola Milenkoviç, 5. Cakomo Bonaventura, 7. Luka Yoviç, 16. Luka Ranyeri, 22. Nikolas Qonsales, 34. Sofyan Amrabat, 38. Rolando Mandraqora, 99. Kristian Kouame.

"Vest Hem": 13. Alfons Areola, 4. Kurt Zuma, 5. Vladimir Tsoufal, 9. Maykl Antonio, 11. Lukas Paketa, 20. Carrod Bouen, 22. Səid Benrahma, 27. Nayef Aquerd, 28. Tomaş Souçek, 33. Emerson, 41. Deklan Rays.

***

"Fiorentina" - "Vest Hem" final matçı start götürdü.

***

Benrahma "Vest Hem"i 62-ci dəqiqədə hesabda irəli çıxarsa da, bundan 5 dəqiqə sonra "Fiorentina" Bonaventuranın qolu ilə tarazlığı bərpa etdi: 1-1.

***

Bouen matçın 90-cı dəqiqəsində "Vest Hem"i hesabda yenidən önə çıxardı: 2-1.

***

"Vest Hem" "Fiorentina"nı 2-1 məğlub etməklə Konfrans Liqasının qalibi oldu.

Tarix
2023.06.08 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Şərifdən 8 Noyabr mesajı: Cəsarətin tarixi sübutu...

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla