Yuxarı

“Heydər Əliyev İli”nə həsr olunmuş yarış keçirildi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Heydər Əliyev İli”nə həsr olunmuş yarış keçirildi - Foto

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş sularda xilasetmə çoxnövçülüyü üzrə yarış keçirilib.

Axar.az xəbər verir ki, xidmətin “Buzovna” sularda xilasetmə məntəqəsində keçirilən yarışda Bakı və Abşeron yarımadasında yerləşən xilasetmə məntəqələrinin əməkdaşlarından ibarət 18 komanda mübarizə aparıb. Yarış açıq dənizdə və qapalı hovuzda təşkil edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında “Pirşağı” məntəqəsinin komandası 1-ci yeri, “Buzovna” məntəqəsinin komandası 2-ci yeri, “Zuğulba” dalğıc-axtarış qrupunun komandası 3-cü yeri tutub. Şəxsi birincilikdə isə Qabil Həsənov 1-ci, Haşım Babayev və Rahib Ələkbərzadə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Yarışların mükafatlandırma mərasimində çıxış edən Xidmətin rəis müavini daxili xidmət polkovniki Seymur Qaraşov qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

Tarix
2023.06.07 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla