"Qəbələ"nin üzvləri Yeni il arzularını dilə
gətiriblər.
Axar.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk və
futbolçular fikirlərini klubun qəzetinə açıqlayıblar.
R.Qriqorçuk möhkəm can sağlığı arzulayıb. Ruslan Abışov
"Qəbələ"ylə çempion titulunu, kuboku qazanmaq istəyir: "Şəxsi
planda əsas istəyim ailə həyatı qurmaqdır".
Rəşad Sadiqov avrokuboklarda uğurla mübarizə aparmaq
niyətindədir: "2016-cı ildə isə klubla ilk qızıl mükafat qazanmaq
istəyirəm".
David Pietrzkieviçin sözlərinə görə, həyatda can sağlığı
vacibdir və bunu təkcə ailəsinə deyil, hamıya arzulayır. Ermin Zets
şəxsi həyatında xoş olacaq bir xəbərin intizarındadır: "Çünki həyat
yoldaşımla övlad gözləyirik. Ümid edirəm ki, 2016-cı il həm
karyeramda, həm də şəxsi həyatımda uğurlu olacaq".