Yuxarı

Dünya çempionatında tarixi uğur qazanan millimiz Bakıda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya çempionatında tarixi uğur qazanan millimiz Bakıda

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda millinin qarşılanma mərasimi olub. Millinin üzvlərini idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, 2 qızıl 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutub.

Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran ikinci (102), Türkiyə isə üçüncü (93) yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komanda 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.

Tarix
2023.09.25 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla