Axar.az
Yuxarı

Dünya çempionumuza hücum oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan-Roma güləşi üzrə ikiqat Dünya və ikiqat Avropa çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarov haker hücumuna məruz qalıb.

ANS-in məlumatına görə, haker tanınmış idmançımızın Feysbuk hesabını sındırıb.

Hesabın parolunu oğurlayanlar idmançımızın dostluğundakı xanımlardan biri ilə sevgi münasibətində olduğunu işarələyib. Ancaq bir neçə dəqiqə sonra həmin münasibətdə olduğu görüntü ləğv etdirilib. 2015 Avropa Oyunlarının bürünc mükafatçısı özü hesabını geri qaytara bilib və sosial şəbəkə vasitəsi ilə belə açıqlama verib: "Mən münasibət qurmamışdım. Kimsə mənim parolumu oğurlayıb edib".

Xatırladaq ki, Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında 60 kq-da mübarizə aparan Elman Muxtarov finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimizin finalda rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada güləşçimiz qalib gələrək qızıl medala sahib olub.

Elman həmçinin I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsində erməni qan tökməklə yadda qalıb. Muxtarovun 3-cü yer uğrunda döyüşündə rəqibi ermənistanlı Roman Amoyan olub. Güləş zamanı erməni idmançının qaşı partlayıb. Oyuna bir neçə dəqiqə fasilə verilib. Amoyana tibbi yardım göstərildikdən sonra erməni meydana çıxıb. Lakin Elman Muxtarov onu peşman edib. 20 yaşlı Muxtarov erməni təmsilçi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini 9:1 hesabı ilə qalib gələrək bürünc medalı qazanıb.

Tarix
2016.01.22 / 10:53
Müəllif
Axar.az
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Çempionlar Liqasının finalı bu topla oynanılacaq

Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Birlikdə oynadığım ən yaxşı üç futbolçu... - Qurbanov

Gənclikdəki səhvlərimi etməsəydim… - Qurbanov

Azərbaycan atleti qızıl medal qazandı

“Xarıbülbül" uğrunda qaydasız döyüş - Foto

Rəsul Çunayev başqa ölkənin bayrağını "seçir"

"Milan" 11 ildən sonra İtaliya çempionu oldu

“Mançester Siti” səkkizqat İngiltərə çempionu oldu

Şəhriyar ardıcıl üç turda qələbə qazandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla