Yuxarı

"Səbail" məğlubiyyətdən xilas oldu, "Turan"dan geridönüş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Səbail" məğlubiyyətdən xilas oldu, "Turan"dan geridönüş

18:42

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Axar.az xəbər verir ki, açılış oyununda “Araz-Naxçıvan" "Səbail"i qəbul edib. “Dalğa Arena”da keçirilən görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı 18-ci dəqiqədə muxtar respublika təmsilçisi açıb. Muhammed Kadiri baxımlı qolla komandasını önə çıxarıb. Qonaqlar 90+3-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Naxçıvanlıların heyətində Numan Kurdiç avtoqol müəllifi olub.

Qeyd edək ki, turun digər matçları dekabrın 3-4-də keçiriləcək.

***

Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri"nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.

"Sumqayıt" hazırda 23 xalla üçüncü, "Turan Tovuz" 16 xalla yeddinci pillədə yer alır.

Tarix
2023.12.02 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla