Yuxarı

Şeyx Salman: “FİFA 2018-də bankrot olacaq”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Salman: “FİFA 2018-də bankrot olacaq”

FİFA rəhbərliyinə namizədlərin maliyyə sferasında reformlar keçirilməsi ilə bağlı təklifləri 2018-ci ildə təşkilatın bankrot olmasına gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniya mətbuatına açıqlamasında FİFA prezidentliyinə namizəd olan şeyx Salman bin İbrahim əl Xəlifə söyləyib. Onun sözlərinə görə, son bir il ərzində FİFA-nın maliyyə göstəriciləri həddən artıq pisləşib:

"Bu, çox ürəkağrıdan mənzərədir. 2018-ci ilə qədər FİFA öz maliyyə ehtiyatlarını yox edəcək. Əgər situasiya dəyişməsə, bizim satış, marketinqdən götürdüyümüz pullar təşkilat üçün kifayət etməyəcək. Əgər mənim rəqiblərimin planları reallaşsa, o zaman biz çətin situasiyaya düşəcəyik. Onu bilmək lazımdır ki, FİFA-nın son bir il ərzində zərəri 100 milyon dollar olub. Mənim planım təşkilatı bankrot etmək yox, onu yenidən bərpa etməkdir".

Tarix
2016.01.31 / 09:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla