Yuxarı

Soçidə Olimpiya kəndinin açılışı olub - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçidə Olimpiya kəndinin açılışı olub - Video

Soçidə Olimpiya kəndinin açılışı olub.

Şəhər küçələrində silahlı polislər və digər təhlükəsizlik qüvvələri gözə çarpır. 22-ci Qış Olimpiya oyunlarına hazırlıqlar geniş əks-səda ilə müşayiət olunub.

Rusiya hökumətinin oyunlarının təşkilinə külli miqdarda pul sərf etməsi ölkə daxilində bəzi etirazlara səbəb olmuşdu. Digər tərəfdən Rusiyanın ötən yay cinsi azlıqların təbliğ olunmasını qadağan edən qanun qəbul etməsi Qərb ictimaiyyətində qınaqa yol açmışdı. Bir sıra ölkə prezidentləri, Fransa, Almaniya və digər ölkə başçıları Soçiyə getməkdən imtina etmişdi.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Soçi olimpiadasına sərf olunan xərclər barədə çıxış edərək, bunların Rusiya infrastrukturuna yatırılmış uzunmüddətli investisiyalar adlandırıb.

Bunlardan əlavə, açılışa 3 gün qalmış hələ bütün mehmanxanalar tam hazır deyil. Soçi Olimpiya Oyunlarının icraçı direktoru bildirib ki, idmançılar üçün nəzərdə tutulmuş 41 min otel otağından bir çoxu, ya tam başa çatmayıb, ya da telefon və televizorlarla təmin olunmayıb. Ancaq təşkilatçılar, bütün mehmanxanaların yaxın iki gün ərzində tam hazır olacağını açıqlayıb. (ANS)

Tarix
2014.02.04 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla