Yuxarı

"Yalnız qələbə haqda düşünürük"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yalnız qələbə haqda düşünürük"

Avro-2016-nın final mərhələsində bu axşam millimizlə qarşılaşacaq futzal üzrə Çexiya yığmasının baş məşqçisi Tomaş Noyman müsahibə verib.

Qol.az-ın məlumatına görə, Çexiya mətbuatına danışan Noyman komandasının axşam yalnız qələbəyə oynayacağını bildirib:

"Azərbaycan millisi bizimlə oyunda tərəddüd edə bilməz. Biz yalnız qələbə haqda düşünürük".

- Sonuncu dəfə Azərbaycanla 2010-cu ilin Avropa çempionatında qarşılaşmışıq. Həmin görüş rəqibin böyük hesablı qələbəsi ilə başa çatıb - 1:6.

- Komanda nəticədən çox məyus olmuşdu. Lakin ruhdan düşmədik və sonra turnirin bürünc medallarını qazandıq. Bu, inanılmaz qələbə idi. Həmin zəfəri yenidən yaşamaq istərdim.

- Sizcə, son 6 ildə Azərbaycan millisi nə qədər dəyişib?

- Onların bəzi braziliyalı futzalçıları və baş məşqçiləri dəyişib. Artıq Azərbaycan millisində yeni oyunçular var. Lakin 6 il əvvəlki yığma ilə müqayisədə hansı komandanın daha güclü olduğunu söyləmək çətindir.

- Rəqibin gücünü necə dəyərləndirirsiniz?

- Azərbaycan yığmasında güclü braziliyalı futbolçular çıxış edir. Onlar həm fərdi, həm də komanda şəklində çox yaxşı təsir bağışlayırlar. Rəqib turnirə yaxşı hazırlaşıb. Ancaq bu, bizim qələbə qazanmaq istəyimizi dəyişmir.

- Azərbaycan millisi turnirin ilk oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub. Sizcə, bu rəqib oyunçulara nə dərəcədə təsir edəcək?

- Bunu təsəvvür etmək çətindir. Onlardan kiminsə yorulub-yorulmadığını nəzərə almaq lazımdır. Ancaq hamımız axşam bunun şahidi olacağıq.

Tarix
2016.02.05 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla