Yuxarı

Cüdoçumuz Avropada medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçumuz Avropada medal qazandı

Bu gün Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa çempionatı başlayıb. Yarışlarda Azərbaycan yığma komandası da mübarizə aparır. Əlli iki ölkədən 301 cüdoçunun qatıldığı çempionatda ölkəmiz 20 idmançı ilə təmsil olunur.

Axar.az xəbər verir ki, yarışların ilk günü idmançılar 60, 66 və 73 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Vüqar Şirinli ilk qarşılaşmasını uğurla başa vuraraq yarımfinala yüksəlsə də, bu mərhələdə avstriyalı idmançı, 2008-ci il Pekin Olimpiya Oyunlarının gümüş medalçısı Ludviq Payşerə məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada V.Şirinli qırğız cüdoçu Otar Bestayev üzərində inamlı qələbə qazanaraq üçüncü yer tutub.

Eyni çəki kateqoriyasında tatamiyə çıxan idmançımız Davud Məmmədsoy isə beşinci yerlə kifayətlənməli olub. Bu çəki dərəcəsində yarışan digər iki idmançımız - Elbrus Zamanov və Oruc Vəlizadə yarışı daha erkən mərhələdə dayandırmalı olublar. Avstriyalı cüdoçu Ludviq Payşer çempionatın qızıl, braziliyalı Felipe Kitadai isə gümüş medalını qazanıblar.

Cüdoçular Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq) rəqiblərinə məğlub olaraq final mərhələsinə yüksələ bilməyiblər.

73 kiloqram çəki dərəcəsində döyüşən Fəqan Quluzadə beşinci yer tutub, digər cüdoçularımız isə yarışı erkən mərhələlərdə dayandırıblar.

Fevralın 14-də cüdo üzrə açıq Avropa çempionatında idmançılar 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Tarix
2016.02.13 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də...

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla