Yuxarı

İdmançılarımız Türkiyədəki yarışa niyə buraxılmayıb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançılarımız Türkiyədəki yarışa niyə buraxılmayıb?

13:03

Azərbaycan Milli Paralimpiya Komitəsi Türkiyənin Antalya şəhərindəki Qran-pridə iştirak etməyən 5 paracüdoçu ilə bağlı məsələyə münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə qurumun rəsmi Feysbuk hesabında paylaşım edilib.

"Bu gün bəzi mətbuat orqanlarında Türkiyənin Antalya şəhərindəki Qran-pridə iştirak etməyəcək 5 paracüdoçumuz ilə bağlı xəbər yayılıb. Qeyd olunan paracüdoçular - Dürsədəf Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva, Xanım Hüseynova ilə Kənan Abdullaxanlı bundan əvvəlki yarışlarda qaydalara uyğun olaraq tibbi təsnifatdan keçiblər və mübarizə aparıblar.

Antalyadakı yarışdan əvvəl adıçəkilən idmançılara ilkin tibbi təsnifat zamanı "CNC' (Classification not confirmed, yəni təsnifat təsdiqlənməyib) statusu müəyyən edilib və növbəti yarışlar üçün yenidən tibbi baxışdan keçmələri nəzərdə tutulub. Paracüdoçularımız üçün "NE" (non eligible, yəni uyğun gəlməyən) statusu müəyyənləşdirilməyib. Tibbi komissiya tərəfindən əlavə sənəd tələb olunub. Tələb olunan sənəd Bakıda aradan qaldırılaraq yenidən sistemə yüklənəcək.

Həmçinin idmançılarımız tibbi təsnifata komitənin oftalmoloqunun müşayiəti ilə yollanıblar və onun tərəfindən sənəd çatışmazlığının növbəti yarışda iştirak üçün aradan qaldırılması ilə bağlı lazımi qeydlər götürülüb. Tokio-2020 Paralimpiya Oyunlarından sonra dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır.

Qeyd edək ki, idmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb. Paracüdoçularımız Paris Paralimpiadasına hazırlığı yüksək əhval-ruhiyyədə davam etdirirlər.

Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və idmançılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik. Mətbuat nümayəndələrindən bu cür xəbərlərin yayılmasından əvvəl komitənin mövqeyini öyrənmələrini xahiş edirik", - deyə açıqlamada bildirilib.

Tarix
2024.04.01 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla