Yuxarı

Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov

Oyuna çox ciddi yanaşırdıq. "Neftçi" üzərində qazandığımız qələbələr bizə əlavə motivasiya verir.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bəzi qol epizodlarından istifadə edə bilmədiklərinə görə futbolçularından narazı qalıb:

"Qol epizodlarımız çox oldu. Ancaq oyunçularım buna qeyri-ciddi yanaşdılar. Buna görə onlardan narazı qaldım. İradımı paltardəyişmə otağında bildirdim. Məsələni müzakirə etdik. Lakin futbolçuları da başa düşürəm. Həm fiziki, həm psixoloji olaraq yorğundurlar. Amma belə məqamlarda hər şeyə tab gətirmək lazımdır".

Məşqçinin sözlərinə görə, "Neftçi" ilə keçirilən hər matç təcrübə artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir:

"Bu komanda üzərində hər qalibiyyət bizə inam verir. Azarkeşlərimizin də dəstəyi bizim üçün vacibdir. Azarkeşləri stadionlara cəlb etmək üçün də gələcəkdə işlər görülməlidir. İnanıram ki, bu istəyimiz reallaşacaq".

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Tarix
2024.04.02 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla