Yuxarı

Gəncədə sülh, “Neftçi” isə darmadağın oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə sülh, “Neftçi” isə darmadağın oldu

Bu gün Topaz Premyer Liqada 23-cü turun oyunları keçirilib.

Axar.az xəbər verir ki, turun ilk qarşılaşması Gəncədə baş tutub.

Burada yerli "Kəpəz" klubu "Sumqayıt"ı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyun qolsuz bərabərliklə başa çatıb.

Günün digər maraqlı qarşılaşması paytaxtda baş tutub.

"Neftçi" ardıcıl 4 oyundur meydandan qələbə ilə ayrılan "Zirə"nin qonağı olub. 3 cavabsız qol ilə "Neftçi"ni darmadağın edən zirəlilər xalların sayını 44-ə çatdıraraq ikinci pillədəki mövqeyini daha da möhkəmləndirib.

23-cü turun oyunları çərçivəsində AZAL evdə autsayder "Rəvan"ı qəbul edib.

Turnir cədvəlinin son pilləsində qərarlaşan "Rəvan" bu görüşdən qələbə ilə ayrılmaqla xal ehtiyatını artırmaq niyyətində idi. Lakin AZAL buna imkan verməyib.

Nuqzar Kvirtiyanın matçın 62-ci dəqiqəsində vurduğu qol AZAL-a qələbə qazandırıb - 1:0.

Tarix
2016.02.27 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla