Yuxarı

Soçi Olimpiadasına pul xərcləyən azərbaycanlılar – “Forbes”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçi Olimpiadasına pul xərcləyən azərbaycanlılar – “Forbes”

Soçi Olimpiadasına vəsait ayıranlar arasında azərbaycanlı iş adamları da var.

"Axar.az" "Forbes"ə istinadla bildirir ki, Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov olimpiadaya nə az nə çox, 475 milyon rubl (təxminən 18 milyon dollar) vəsait ayırıb. Bu vəsait "Lukoyl-Ekoenerqo" şirkəti tərəfindən xərclənib. Ələkbərovun şirkəti bu vəsaitdən əlavə Rusiyanın xizəkçilik yığmasına da sponsorluq etməyə məcbur olub. Bu isə əlavə 10 milyon dollar vəsaitdir.

Əslən azərbaycanlı olan Telman İsmayılov isə Soçidə keçirilən Olimpiada üçün mehmanxana kompleksi tikməyə razılıq verib. Bu razılıq hələ 2011-ci ildə əldə olunub.

"RBK daily"nin məlumatına görə, Soçinin İmereti vadisində tikilən 4-5 min nömrəlik kompleks T.İsmayılova 214 milyon rubla başa gəlib.

Rusiya hökumətindəki yüksək rütbəli məmurlardan biri bildirib ki, "Soçi-2014" meqa-layihəsinə qoşulmaq təşəbbüsü T.İsmayılovun özündən gəlib. O, bununla rəsmi Kremllə aralarında olan incikliyi aradan qaldırmaq niyyəti güdüb.

Xatırladaq ki, Rusiya hökuməti Soçi Qış Olimpiadasına 1 trilyon 500 milyard rubl pul xərcləyib. Bu, təxminən 50 milyard dollar vəsait deməkdir. Amma bu vəsaitin heç də hamısı Rusiyanın federal büdcəsindən xərclənməyib. Ayrı-ayrı iş adamları və şirkətlər, müxtəlif fondlar olimpiadaya vəsait ayırıblar.

Tarix
2014.02.10 / 15:50
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla