Yuxarı

Montella Ardanı məşqdən kənarlaşdırdı: etiraz... - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Montella Ardanı məşqdən kənarlaşdırdı: etiraz... - Video

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella futbolçusu Arda Güləri məşqdən uzaqlaşdırıb.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, onun bu hərəkəti birmənalı qarşılanmayıb. Belə ki, məşq zamanı Montella Gülərdən formanı alaraq futbolçu Yusuf Yazıcıya verib. Bu zaman A.Gülər özünü itirib və nə edəcəyini bilməyib.

Baş məşqçi bir çox tanınmışlar tərəfindən də tənqidlərə məruz qalıb.

Türkiyəli müğənni Mustafa Sandal Vinçenzo Montellanın bu hərəkətini hörmətsizlik adlandırıb: “Bu cəsarəti haradan və kimdən alırsan? Ölkəmizin qüruru olan övladına, onun istedadına məşq zamanı göstərdiyin o münasibət nədir? Bura Türkiyədir və türk futbolsevərlər ağlını alar, nə etdiyini bilməzsən”.

Sosial şəbəkələrdə çoxsaylı tənqidlərdən sonra Türkiyə Futbol Federasiyası (TFF) da açıqlama yayıb.

Açıqlamada bildirilib: “Arda Gülərin qasıq ağrısı səbəbindən və Çexiya matçına daha yaxşı hazırlaşması üçün məşqlərə fərdi olaraq qatılması qərarı texniki heyətimiz və futbolçularla apardığımız müzakirələr əsasında verilib”.

Qeyd edək ki, Montella Portuqaliya ilə oyunda da Ardanı ehtiyat oyunçular skamyasında saxlamışdı. Səbəb kimi isə futbolçunun yorğun olduğu bildirilmişdi.

Həmin görüntüləri təqdim edirik:

Tarix
2024.06.24 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla