Yuxarı

Çox vacib oyuna çıxırıq, rəqib çox təcrübəlidir - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çox vacib oyuna çıxırıq, rəqib çox təcrübəlidir - Qurbanov

Sabah çox vacib oyuna çıxacağıq. Rəqibimiz çox təcrübəlidir.

Axar/az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, “Ludaqorets”in oyunçularının fərdi olaraq güclü olduğunu bildirib:

“Məni cəlb edən rəqibin futbolçularının təcrübəli olmasıdır. Bizə gəlincə, oyuna çox hazırlaşa bilmədik. Çünki ölkə çempionatında matç keçirdik. Sabah çalışacağıq ki, azarkeşlərimizə yaxşı oyun göstərək”.

“Qarabağ”ın baş məşqçisi ölkə çempionatında “Araz Naxçıvan”la keçirilən matçda qırmızı vərəqə alan Elvin Cəfərquliyev barədə də danışıb: “Bu vərəqənin olması digər oyunçulara da siqnal verir. Elvinin yaşı da az deyil və təcrübəsi çoxdur”.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.

Tarix
2024.08.05 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla