Yuxarı

Qurbanov "Qarabağ"ın məğlubiyyətini belə şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov "Qarabağ"ın məğlubiyyətini belə şərh etdi

Fərqli və təcrübəli komandaya qarşı oynadıq.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Ludaqorets” klubuna məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin aqressiv futbol sərgilədiyini bildirib: “Ludaqorets”in oyunçuları fərdi olaraq yüksək səviyyədədirlər. Üstün tərəfləri olan əks-hücumdan ikinci qolu vurdular. Mən bu komandanı ciddi qəbul edirəm. Biz də çalışdıq. Futbolçularım əllərindən gələni etdilər. Hələ heç nə bitməyib. İnanıram ki, səfərdə istənilən nəticəni qazana biləcəyik. Ruhdan düşmürük”.

Mütəxəssis hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Epizodlara təkrar baxdıq. Təəssüf ki, bəzi epizodlarda düzgün qərarlar verilmədi”.

Q.Qurbanov qapıçı transfer etmək istədiklərini də deyib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.

Tarix
2024.08.06 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla