Yuxarı

Sabah Şəriəti bürünc medal da qazana bilmədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Şəriəti bürünc medal da qazana bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

Axar.az xəbər verir ki, 130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb.

Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.

Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Tarix
2024.08.06 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla