Yuxarı

Gələn həftə daha çox qol vuracağıq - Zubir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn həftə daha çox qol vuracağıq - Zubir

Hələ heç nə bitməyib.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdulla Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Ludoqorets” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, pley-off mərhələsinə vəsiqə qazanacaqlarına inandığını bildirib:

“Təəssüf ki, Bakıda məğlub olduq. Bu, futboldur, istənilən nəticə ola bilir. Bununla razılaşmalıyıq. Gələn həftə bəxtimiz gətirəcək və daha çox qol vuracağıq”.

Yarımmüdafiəçi hakim idarəçiliyindən razı qalmadığını söyləyib:

“Bəzi epizodlarda bizə daha çox sarı vərəqə göstərilirdi. Ancaq bu barədə danışmaq istəmirəm. Bütün fikrimizi cavab matçına kökləmişik”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Tarix
2024.08.06 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla