Yuxarı

Taekvondoçumuz gümüş medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taekvondoçumuz gümüş medal qazandı

2024.08.07 - 14:48

Azərbaycan taekvondoçusu Qaşın Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Axar.az xəbər verir ki, 58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

***

Qaşım Maqomedov növbəti görüşünü keçirib.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.

***

Yarımfinalda Qaşım Maqomedovun rəqibi Olimpiya çempionu (2020-ci il) Vito Del-Akvila (İtaliya) olub və 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Maqomedov finalda Tae Conq Parkla (Koreya) qarşılaşacaq. Döyüş saat 23:37-də başlayacaq.

***

Qaşım Maqomedovun final görüşü bir neçə dəqiqədən sonra start götürəcək. Təmsilçimiz Tae Conq Parkla (Koreya) qarşılaşacaq.

***

Qaşım Maqomedovla Tae Conq Parkın final görüşü start götürdü.

***

Qaşım Maqomedov koreyalı rəqibinə 2-0 məğlub olaraq qızıl medal qazana bilmədi.

Tarix
2024.08.08 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla