Yuxarı

Həsrət Cəfərov yarımfinala yüksəlməsindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsrət Cəfərov yarımfinala yüksəlməsindən danışdı

Güləş həyatımın önəmli bir parçasına çevrilib. Günümün hər saatında güləş barədə düşünürəm. Hətta deyə bilərəm ki, bundan başqa həyatımda maraqlı bir şey yoxdur.

Axar.az xəbər verir ki, bu fikirləri Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlamasında deyib.

67 kiloqram çəki dərəcəsində yer alan idmançı Fransanın paytaxtına yollanmadan qabaq Olimpiya çempionları ilə söhbətləşdiyini bildirib: “Onlardan Olimpiadanın ab-havası barədə məlumat aldım. Olimpiya çempionu olmağımı çox arzulayıram. Hətta bunu özüm də təsəvvürümə gətirə bilmirəm. Ümid edirəm ki, çempionluq arzum reallaşacaq”.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb. O, bu raundda Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibovla qarşılaşacaq.

Tarix
2024.08.07 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla