Yuxarı

Rəşad Sadıqov "Osiyek"lə oyundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Sadıqov "Osiyek"lə oyundan danışdı

Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.

"Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Bizdə əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. "Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq", - R.Sadıqov bildirib.

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Tarix
2024.08.07 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla