Yuxarı

Azərbaycan futbolunun gələcəyini dəyişməliyik - Santuş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan futbolunun gələcəyini dəyişməliyik - Santuş

Biz bütün oyunlara qələbə üçün çıxırıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik.

Axar.az AFFA-nın satına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Slovakiyaya qarşı səfərdə keçirəcəkləri matç barədə danışarkən deyib.

O, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında rəqibdən çəkinməyəcəklərini söyləyib:

"Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik. Bizim üçün əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır. Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm. Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yollda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var”.

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Tarix
2024.09.07 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla