Yuxarı

Cüdoçumuz Avropa çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçumuz Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Yığma komandamızın liderlərindən hesab olunan Rüstəm Orucov (73 kq) Avropa çempionatının qızıl medalını qazanıb.

Axar.az xəbər verir ki, yarışa 1/16 finaldan başlayan R.Orucov ilk qarşılaşmada litvalı Kestutis Vitkauskası ipponla məğlub edib.

Cüdoçumuz ikinci görüşdə də eyni uğuru təkrarlayaraq, çexiyalı Yakub Jesminekə cəmi 22 saniyəyə qalib gəlib. R.Orucov dörddəbir finalda Rok Draksiç ilə (Sloveniya) üz-üzə gəlib. "Böyük dəbilqə" turnirinin də qalib olmuş idmançımız bu rəqibinə də şans verməyərək, yarımfinalda iştirak hüququ qazanıb. Həmyerlimiz finala gedən yolda rusiyalı Denis Yartsevi mübarizədən kənarlaşdırıb. Rəqibini ippona salmaq üçün təmsilçimizə iki dəqiqə kifayət edib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn R.Orucov qızıl medal qazanaraq qitənin ən güclüsü adına sahib olub.

Tarix
2016.04.22 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla