Yuxarı

Bakıda polislə gənclər arasında qarşıdurma - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda polislə gənclər arasında qarşıdurma - Foto

Milliyyətçi Gənclər Hərəkatı İran Kubokunun qalibi olan Təbrizin "Traxtor" klubunun şərəfinə Sahil Bağında yürüş keçirib.

"Axar.az" "Musavat.com"a istinadən xəbər verir ki, polislər bu aksiyaya müdaxilə ediblər. Nəticədə Milliyətçi Gənclər Hərəkatının İdarə Heyətinin üzvü İlkin Bozqurd polislər tərəfindən həbs olunaraq, 39-cu polis bölməsinə aparılıb.

Gənclərin əllərində olan plakatlar zorla alınıb. Gənclər buna kəskin şəkildə etirazlarını bildiriblər.

Polislər isə bu aksiyanın qeyri-qanuni olduğunu deyiblər. Maraqlı cəhət odur ki, polislər "Traxtor"un Təbrizin klubu deyil, İran klubu olduğunu vurğulayaraq, bu aksiya ilə gənclərin iğtişaş törətməyə cəhd göstərdiklərini bildiriblər.

Son məlumatlara görə, gənclər 39-cu polis bölməsinin qarşısında toplaşırlar. İlkin Bozqurd həbs olunarkən, bunun qanunsuzluq olduğunu bildirərək, polislərə etiraz edib. Həbs edilməzdən əvvəl isə gənc fəal "Traxtor"un bu qələbəsini Bütov Azərbaycanın qələbəsi kimi dəyərləndirib.

Xatırladaq ki, Güney Azərbaycanda Təbrizin "Traxtor" futbol klubu türklərin hüquqlarının müdafiəsində özünüifadə anlamı daşıyır.

Tarix
2014.02.16 / 02:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla