Yuxarı

"Qarabağ" "Lion"a məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" "Lion"a məğlub oldu

21:06

UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" - “Lion" (Fransa) matçı üçün start heyətləri bəlli olub.

Axar.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Marko Yankoviç, Elvin Cəfərquliyev, Kevin Medina, Marko Veşoviç, Toral Bayramov, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

“Lion”: Lukas Perri, Varmed Omari, Nikolas Talyafiko, Jorj Mikautadze, Ernest Nuama, Tanner Tessmann, Rayan Şerki, Enzli Meytlend-Naylz, Jordan Veretu, Due Çaleta-Tsar, Malik Fofana,Ernest Nuama

Baş məşqçi: Pyer Saj

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.

***

"Qarabağ" - “Lion" (Fransa) matçı Bakı vaxtı ilə saat 21:45-də start götürüb.

***

Matçda qonaqlar hesabı açıb.

15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.

***

63-cü dəqiqədə "Lion" Tolissonun qolu ilə fərqi artırdı: 0-2.

***

Fofana 68-ci dəqiqədə fərqi daha da artırdı: 0-3.

***

80-ci dəqiqədə "Qarabağ" qapısından dördüncü qolu buraxdı: 0-4.

***

Juninyo 88-ci dəqiqədə fərqi azaltdı: 1-4.

***

"Qarabağ" "Lion"a 4-1 məğlub oldu.

Tarix
2024.11.28 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla