Yuxarı

"Turan Tovuz"dan ayağı sınan futbolçu ilə bağlı açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Turan Tovuz"dan ayağı sınan futbolçu ilə bağlı açıqlama

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a qarşı oyunda ağır zədə alaraq oyunu tərk edib.

Axar.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı moldaviyalı müdafiəçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zədəsi ağır olduğundan Denis Marandiçi ilkin təcili yardımdan sonra Gəncə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb.

Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub. Klub həkiminin və xəstəxananın rəyinə əsasən, futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.

Qeyd olunur ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa, futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.

Tarix
2024.12.04 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla