Yuxarı

FHN əməkdaşından dünya çempionatında yüksək nəticə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN əməkdaşından dünya çempionatında yüksək nəticə

30 noyabr – 2 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC versiyası üzrə dünya çempionatı keçirilib. 560-a yaxın idmançının mübarizə apardığı mötəbər yarışda Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya və digər ölkələrin idmançıları qüvvələrini sınayıblar.

Axar.az xəbər verir ki, çempionatda böyük uğura imza atan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü, Fövqəladə Hallar Nazirliyi Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev deadlift hərəkəti üzrə 230kq, pauerliftinq hərəkəti üzrə isə 585kq nəticə ilə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, idmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC versiyası üzrə keçirilmiş Avropa çempionatında qızıl medal qazanaraq çempion adına yiyələnib.

Xatırladaq ki, Orxan Fərzəliyev dəfələrlə ölkə və beynəlxalq miqyaslı mötəbər yarışlarda qüvvəsini sınayaraq ölkəmizə qızıl və gümüş medallar qazandırıb.

Tarix
2024.12.05 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla