Yuxarı

"Qarabağ"da çoxlu texnikalı oyunçu var - İsveç nəşri

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"da çoxlu texnikalı oyunçu var - İsveç nəşri

"Qarabağ” evdə İsveçin digər təmsilçisj “Malmö”yə uduzdu (1:2). Sonra isə onlar Norveçin şimalına yolllanaraq orada “Budo-Qlimt”i məğlubiyyətə uğratdılar”.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, fikirlər İsveçin “Aftonbladet” nəşrində dərc olunan yazıdan götürülüb. Yazı sabah Avropa Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) matçına həsr olunub.

Yazıda bildirilir: “Elfsborq” kimi hazırda qonaqlar da pley-off zonasından kənardadırlar. Ona görə də onlar Burosda xal qazanmağa şad olacaqlar. Yeganə sual odur ki, “Qarabağ” süni örtüklü meydançada və sıfır temperaturun olacağı şəraitdə necə oynayacaq?”

Nəşr “Qarabağ”ın hücum xəttinə diqqət çəkir və ondan ehtiyatla bəhs edir: “Rəqibin heyətində çoxlu texnikalı oyunçu var. Juninyo, Zubir, Benziya “Elfsborq”un ölkə çempionatında oynamağa adət etmədiyi futbolçulardandır. Leandro Andrade isə komandanın başqa bir hücum fiqurlarındandır. Bu oyunçularla qarşı çıxış etmək “sarı-qaralar” üçün çətin ola bilər” - deyə bildirilir.

Yazıda həmçinin “Elfsborq”un Avroliqada evdə uğurlu çıxışına da toxunulub: “Elfsborq” həqiqətən evdə ən azı nəticələri ilə təəccübləndirir. “Roma” üzərində qələbə (1:0), “Braqa” ilə heç-heçə (1:1) çox şey deyir. Bununla belə, hər iki qarşılaşmada İsveç təmsilçisi yaradılan şanslar baxımından layiq olduğundan daha çox qol vurdu.

Buhari, Baidu və ən əsası qapıçı İsak Petersson kimi oyunçular əllərindən gələni etməlidirlər ki, “Elfsborq” qalib gəlsin”.

Tarix
2024.12.11 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla