Yuxarı

Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?

"Qarabağ"ın futbolçusu Yassin Benziya komandanın təlim-məşq toplanışında iştirak etmir.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, bu səbəbdən "Kəpəz"lə yoxlama matçını da buraxıb.

Hətta 30 yaşlı yarımmüdafiəçi qış hazırlığı başlasa da, hələ də Azərbaycana qayıtmayıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə bunun səbəbləri barədə danışıb.

Mütəxəssis "Kəpəz"lə oyundan (5:1) sonra açıqlamasında bildirib ki, Benziya anasının səhhətinin yaxşı olmadığına görə Bakıya qayıtmayıb:

"Anasının durumu ağırdır. Ona görə hələ qayıtmayıb. Xəbər göndərdi və biz də razılaşdıq ki, hələlik anası ilə olsun. Nə vaxt geri qayıdacağı hələ bilinmir".

Qeyd edək ki, Y.Benziya 2023-cü ilin yayından Ağdam təmsilçisinin formasını geyinir.

Tarix
2025.01.10 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla