Yuxarı

"Qarabağ" keçmiş oyunçusunu geri qaytarır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" keçmiş oyunçusunu geri qaytarır?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının sabiq futbolçusu, hazırda “Sent-Etyen”də çıxış edən İbrahima Vadjinin mümkün geridönüşündən danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, bu gün “Şamaxı” ilə Misli Premyer Liqasının 19-cu turunun oyunundan (3:2) sonra fikirlərini bildirib.

Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə belə bir sual ünvanlanıb:

"Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?"

Q.Qurbanov isə sözügedən futbolçuya diqqət ayırmadıqlarını bildirsə də, onu transfer siyahısına əlavə edəcəklərini istisna etməyib:

"Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər".

Qeyd edək ki, İbrahima Vadji 2021-ci ilin avqustundan 2022-ci ilin yayına qədər çıxış edib. O, bu mövsüm “Sent-Etyen”in heyətində 4 oyuna çıxıb, qol vura bilməyib.

Tarix
2025.01.17 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla